İdman

Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində builki reytinqdə liderliyini bərpa etdi - FOTO

21 Aug 2026, 09:08 1 baxış
Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində builki reytinqdə liderliyini bərpa etdi - FOTO
Bu həftə baş tutan oyunlardan sonra Azərbaycanın UEFA əmsallar cədvəlində mövqeyi dəyişməyib. Oxu.Az xəbər verir ki, son beş mövsümün ümumi göstəricilərinin cəm olunduğu reytinq siyahısında ölkəmiz hazırda 21.937 xal toplayaraq iki klubla mübarizəni davam etdirməklə 26-cı pillədə mövqeyini qoruyur. Siyahıda Azərbaycanın ən yaxın qonşularından olan Sloveniya 22.843 xalla 25-ci yeri tutur, 27-ci pillədə qərarlaşan Slovakiyanın hesabında isə 20.625 xal var - hər iki ölkə avrokuboklarda yalnız bir klubla çıxışını davam etdirir. Hazırda UEFA-nın əmsallar cədvəlinin zirvəsində 101.907 xalla İngiltərə dominantlıq edir. Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel Beer-Şeva" komandasına 2:1 hesabı ilə məğlub olub. UEFA Konfrans Liqasının pley-off mərhələsində isə "Qarabağ" Niderlandın Ensxede şəhərində yerli "Tvente"yə minimal hesabla qalib gəlib. Əmsallar cədvəlində ölkəmiz bu il 3.375 xal toplayıb və Latviya ilə birinciliyi bölüşür. Ölkəmizin aktivinə "Sabah" və "Qarabağ"ın hər biri 1.250 xal, "Zirə" 0.625 xal və "Neftçi" isə 0.250 xal töhfə veriblər.
Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində builki reytinqdə liderliyini bərpa etdi - FOTO Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində builki reytinqdə liderliyini bərpa etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər