Kriminal
Hacıqabulda mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var - FOTO
Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az