İqtisadiyyat

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək

21 Aug 2026, 09:28 22 baxış
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Oxu.Az "Report"a istinadla xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1 108 ton olan buğda və dörd vaqondan ibarət, çəkisi 273 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox taxıl, doqquz min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib. Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, beş min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər