Cəmiyyət

SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ: Bakıda bir avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ

21 Aug 2026, 10:28 1 baxış
SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ: Bakıda bir avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Bakıda 78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qeyd olunub ki, paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər