Kriminal

Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb - FOTO

20 Aug 2026, 23:48 1 baxış
Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb - FOTO
Bir neçə gün əvvəl Ukraynanın Xarkov şəhərinə endirilən dron zərbələri nəticəsində Ukraynanın Xalq rəssamı, Xarkov şəhərinin "Fəxri vətəndaşı", soydaşımız Katib Məmmədovun emalatxanasına ciddi ziyan dəyib. Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Katib Məmmədov özü məlumat verib. Heykəltaraşın sözlərinə görə, dron zərbəsindən sonra təxminən 200 kvadratmetr ərazini əhatə edən yanğın baş verib. Hücum nəticəsində binanın damı, çardağı və orada saxlanılan əsərlər zədələnib. Emalatxanada sənətkarın 40 illik yaradıcılıq fəaliyyəti ərzində klassik, avanqard və minimalizm üslublarında yaratdığı yüzlərlə əsər saxlanılırdı. Katib Məmmədov hadisə nəticəsində emalatxanaya təxminən 100 min dollar məbləğində maddi ziyan dəydiyini bildirib.
{{gallery}}
Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb - FOTO Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb - FOTO Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb - FOTO Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb - FOTO Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb - FOTO Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb - FOTO Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər