İdman

Ronaldinyo "Ravenna" klubunda oynamaq üçün İtaliyaya gedib

20 Aug 2026, 22:24 2 baxış
Ronaldinyo "Ravenna" klubunda oynamaq üçün İtaliyaya gedib
Braziliya futbolunun əfsanəsi Ronaldinyo İtaliyaya gedib. O, C Seriyasında çıxış edən "Ravenna" klubu ilə bir neçə reklam tədbirində iştirak edəcək. Oxu.Az bu barədə "All Football" nəşrinə istinadən xəbər verir. "Qızıl top"un keçmiş sahibi 46 yaşında bu komanda ilə rəsmi müqavilə imzalayıb. * Əfsanə geri döndü: 46 yaşlı Ronaldinyo yeni müqavilə imzaladı Əvvəllər "Barselona", PSJ və "Milan" kimi nəhəng klublarda çıxış etmiş ulduz futbolçu artıq komandanın mövsümöncəsi toplanışına qatılıb. "Ravenna"nın sahibi İqnatsio Çipriani bildirib ki, Ronaldinyonun komandaya dəvət olunması yalnız reklam və ya kommersiya məqsədi daşımır. Əsas ümid onun C Seriyasında ən azı bir oyunda meydana çıxmasıdır. "O, məşq toplanışlarında iştirak etməyəcək, lakin çempionatda mütləq ən azı bir oyun, bəlkə də daha çox matç keçirəcək. Baxarıq. Liqada nə vaxt debüt edəcəyi hələ bəlli deyil. Bu, müxtəlif amillərdən asılıdır, lakin onun mütləq doğma meydanda keçiriləcək matçda meydana çıxmasını istəyirik. Onun hədəfi karyerasında sonuncu qolu "Ravenna" formasında vurmaqdır", - deyə Çipriani vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər