Kriminal

54 yaşlı kişini tövlədə elektrik cərəyanı vurdu

20 Aug 2026, 22:55 2 baxış
54 yaşlı kişini tövlədə elektrik cərəyanı vurdu

Bərdədə 54 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.


1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyərkən tövlədəki elektrik naqilinin açıq hissəsinə toxunub.


Nəticədə elektrik cərəyanının vurduğu M.Həsənov hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər