Dünya

Hörmüz boğazında risklər fonunda tankerlərin qiymətləri rekord qırdı

20 Aug 2026, 18:08 2 baxış
Hörmüz boğazında risklər fonunda tankerlərin qiymətləri rekord qırdı
Neft tankerlərinin qiymətləri 2008-ci ildən bəri rekord maksimuma çatıb. Oxu.Az-ın "Financial Times" nəşrinə istinadən xəbərinə görə, bu, "Braemar" gəmi brokerinin məlumatlarında əksini tapıb. Məlumata görə, ən böyük tanker sinfində yeni və müasir işlənmiş gəmilərin qiyməti son rübdə 130 milyon dolları keçib, il ərzində supertankerlərin fraxt (icarə) qiymətləri isə tarixi maksimuma çatıb. Neft ixracatçıları olan ölkələr yüklərin daşınması (çıxarılması) üçün öz donanmalarını təmin etməyə çalışaraq qiymət artımını qismən stimullaşdırırlar, xüsusən də əlçatan işlənmiş gəmilər üçün. "Aktivlər üzərində fiziki nəzarət də Yaxın Şərqdəki bəzi ixracatçılar üçün vacibdir", - deyə "Braemar" şirkətinin alqı-satqı bölməsinin rəhbəri Devid Holland bildirib. Həmçinin qeyd olunur ki, ABŞ hərbçiləri tankerlərin Hörmüz boğazı vasitəsilə Ərəbistan dənizindən Fars körfəzinə daxil olmasına, region ölkələrində neft yükləməsinə və sonra oradan çıxmasına kömək edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər