Dünya
Qara dənizdə qaz yatağı yaxınlığında təhlükə: Rumıniya qırıcısı dəniz dronunu vurdu
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı Qara dəniz akvatoriyasında yerləşən qaz yatağının yaxınlığında göyərtəsində partlayıcı maddə olan dəniz dronunu məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse sosial şəbəkə hesabında məlumat paylaşıb. "Səhər saatlarında sahil mühafizə xidməti Konstansadan 80 mil məsafədə, müstəsna iqtisadi zonadakı "Neptun Deep" yatağının perimetrində, qaz hasilatı yerindən bir neçə yüz metr aralıda dəniz dronunun aşkar edildiyini xəbər verib. Pilotsuz uçuş aparatı aşkarlanan kimi işçilərin təhlükəsizliyini təmin etmək və kritik əhəmiyyətli infrastrukturu qorumaq məqsədilə dərhal iki "F-16" qırıcısı havaya qaldırılıb", - deyə nazir bildirib.
Mənbə
oxu.az