Kriminal
Göyçayda ot tayasından yıxılan kişi öldü
Göyçay rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saat 7 radələrində Alpoud kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Anar Səlimov həyətdə ot tayasına ot bağlamaları yığarkən qəfil halı pisləşib və o, ot tayasının üstündən yıxılıb. Hadisə zamanı ot bağlamaları onun üzərinə düşüb. A.Səlimov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az