Kriminal

Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı

20 Aug 2026, 15:06 1 baxış
Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı
Bir müddət öncə həbs edilən "By Ella" ləqəbli bloqer Lalə Məmmədova azadlığa buraxılıb. Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işinə istintaq orqanı tərəfindən xitam verilib. Bununla da bloqer azadlığa buraxılıb. Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. Daha sonra Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər