Kriminal

Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var

20 Aug 2026, 14:30 36 baxış
Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var
Zaqatalanın Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəza zamanı "Ford" və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 29 yaşlı Aytac Səfərova və 39 yaşlı Abdulla Yusubovdur. Onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər