Dünya
İspaniyanın Qranada əyalətində daha altı yeraltı təkan qeydə alınıb
İspaniyanın Qranada əyalətində (Əndəlüs muxtar icması) ard-arda daha altı seysmik təkan qeydə alınıb. Ən güclü zəlzələnin maqnitudası 3.4 olub və yerli vaxtla 02:15-də (Bakı vaxtı ilə 04:15-də) baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "20 Minutos" qəzeti İspaniyanın Milli Coğrafiya İnstitutuna istinadən məlumat yayıb. Qurumun məlumatına əsasən, yerli vaxtla saat 02:28-dən 06:28-ə qədər (Bakı vaxtı ilə 04:28 - 08:28 arası) gücü 2.2-yə çatan daha beş yeraltı təkan müşahidə edilib. Ehtimal olunan dağıntılar və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir. Qeyd edək ki, avqustun 15-də Qranada yaxınlığında 5 maqnitudalı zəlzələ baş vermişdi. Avqustun 18-də isə qeydə alınan 4.7 maqnitudalı digər bir yeraltı təkan nəticəsində üç nəfər xəsarət almışdı.
Mənbə
oxu.az
Oxşar Xəbərlər