İdman

"Sabah"ın futbolçusu Azərbaycan futbolu tarixinə düşüb

20 Aug 2026, 13:34 2 baxış
"Sabah"ın futbolçusu Azərbaycan futbolu tarixinə düşüb
"Sabah"ın futbolçusu Velko Simiç Azərbaycan futbolu tarixinə düşüb. Oxu.Az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, o, Azərbaycan klublarının heyətində UEFA Çempionlar Liqasında (ÇL) ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu olub. Qeyd edək ki, Simiç Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel" (Beer-Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib. Xatırladaq ki, o, daha əvvəl ÇL-in II təsnifat mərhələsində "KuPS"la (Finlandiya) ilə hər iki oyunda (1:0, 2:0) qol vurmuşdu. Həmçinin növbəti mərhələdə "Orhus" (Danimarka) ilə (1:2, 4:0) matçlarda da fərqlənməyi bacaran Simiç uğurlu seriyanı dünən də davam etdirib. Əlavə edək ki, komandalar arasında cavab oyunu avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər