İqtisadiyyat
Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarında neft bahalaşır
Yaxın Şərqdə gərginliyin davam etməsi fonunda neftin bahalaşması müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:18-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 7 sent artaraq bir barel üçün 91.69 dollara çatıb. Əvvəlki sessiyada isə "Brent" 0.60 dollar (0.7%) bahalaşaraq bir barel üçün 91.62 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.17 dollar (0.2%) bahalaşaraq bir barel üçün 86 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 0.89 dollar (1.1%) artaraq bir barel üçün 85.83 dollara satılmışdı.
Mənbə
oxu.az