Dünya

Rumıniyanın Ukrayna ilə sərhədinə naməlum PUA düşüb

20 Aug 2026, 10:18 2 baxış
Rumıniyanın Ukrayna ilə sərhədinə naməlum PUA düşüb
Rumıniyanın Ukrayna ilə sərhədinə yaxın əraziyə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Oxu.Az xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, saat 03:21-də (Bakı vaxtı ilə 04:21-də) PUA Qalats şəhərindən təxminən 13 km şərqdə Rumıniyanın hava məkanına daxil olub. Dron Tulça qraflığının Qrindu şəhərindən 4 km şimal-şərqdə heç kimin yaşamadığı əraziyə düşüb. Bildirilir ki, aparatın yerə çırpılması nəticəsində yanğın baş verib, lakin qısa müddətdə öz-özünə sönüb. PUA Rumıniya hava məkanına daxil olduğu andan etibarən İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-18 qırıcısının pilotları tərəfindən izlənilib. Eyni zamanda, kəşfiyyat tapşırığını yerinə yetirmək üçün Rumıniya Hərbi Hava Qüvvələrinin IAR-330 SOCAT helikopteri havaya qaldırılıb və onun heyəti dronun yerə düşdüyünü təsdiqləyib. Nazirlikdən əlavə edilib ki, ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə PUA-nın düşdüyü yerə xüsusi hərbi ekspertlər qrupu göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər