Kriminal
Şamaxıda maşın dərəyə aşıb: Bir nəfər ölüb - FOTO
Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir qadın hadisə yerində ölüb. Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Meyit və yaralılar xilasedicilər tərəfindən çətin relyefli, meşəlik ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri araşdırmanın nəticəsində məlum olacaq.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az