İdman

"Qarabağ"da daha bir itki - "Tvente"yə qarşı oynamaya bilər - FOTO

19 Aug 2026, 17:24 32 baxış
"Qarabağ"da daha bir itki - "Tvente"yə qarşı oynamaya bilər - FOTO
"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda "Tvente"yə qarşı ilk oyununu buraxa bilər. Oxu.Az Sportal.az-a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Misli Premyer Liqasının birinci turunda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib. Onun sabahkı matçda meydana çıxmaq ehtimalının aşağı olduğu iddia edilir. "Tvente" - "Qarabağ" matçı avqustun 20-də Ensxededəki "De Qrols Veste" stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Əlavə edək ki, Elvin Cəfərquliyevin "Tvente"yə qarşı oynamayacağı dəqiqdir.
"Qarabağ"da daha bir itki - "Tvente"yə qarşı oynamaya bilər - FOTO "Qarabağ"da daha bir itki - "Tvente"yə qarşı oynamaya bilər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər