Kriminal

Mebel evinin anbarlarından 96 minlik oğurluq edən daha bir şəxsə hökm oxundu

19 Aug 2026, 16:04 3 baxış
Mebel evinin anbarlarından 96 minlik oğurluq edən daha bir şəxsə hökm oxundu
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rəşid Əkbərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin hökmü ilə Rəşid Əkbərova şərti cəza verilib. İttihama görə, hadisə 2022-ci ildə müxtəlif vaxtlarda şirkətlərdən birinə məxsus olan mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən anbarlarında qeydə alınıb. Belə ki, Rəşid Əkbərov tanışları Məmməd Əsədov, İslam Mayılov, Mədət Hüseynov (hər üçünün adı və soyadı şərtidir) anbarlara qapısının açılması yolu ilə qanunsuz daxil olublar. Onlar ümumilikdə 96 270 manat dəyərində əmlakı gizli olaraq talayıblar. Daha sonra hər üç şəxs saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Əsədov, İslam Mayılov, Mədət Hüseynovun hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Türkiyəyə qaçan Rəşid Əkbərov isə sonradan tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər