İdman

Pol Poqba klubsuz qaldı

19 Aug 2026, 15:08 2 baxış
Pol Poqba klubsuz qaldı
Fransanın "Monako" klubu məşhur futbolçu Pol Poqba ilə əməkdaşlığa rəsmən son qoyub. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər 2027-ci ilin iyununadək nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək qərarına gəliblər. Klub rəhbərliyi 2018-ci ildə Fransa milli komandasının heyətində dünya çempionu adını qazanmış ulduz futbolçuya "Monako"dakı fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlığa və etimada görə xüsusi təşəkkürünü çatdırıb. Məlumat üçün bildirək ki, 2025-ci ilin yayından etibarən "Monako" formasını geyinən Pol Poqba arxada qalan mövsümdə meydana cəmi 6 dəfə çıxıb. Təcrübəli oyunçu bu görüşlərdə nə qol sevinci yaşayıb, nə də hər hansı məhsuldar ötürmə ilə yadda qala bilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər