İdman
"Qarabağ" Niderlanda yola düşdü - FOTO - VİDEO
UEFA Konfrans Liqasının pley-off mərhələsindəki ilk oyun üçün Niderlandın "Tvente" klubunun qonağı olacaq "Qarabağ" artıq matçın keçiriləcəyi ölkəyə yola düşüb. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola çıxaraq Ensxede şəhərinə doğru hərəkətə keçib. Xatırladaq ki, avqustun 20-də Niderlandın Ensxede şəhərində yerləşən "Qrols Veste" arenasında baş tutacaq "Tvente" - "Qarabağ" dueli saat 22:00-a təyin olunub. Bu cütlüyün cavab qarşılaşması isə avqustun 27-də Bakıda təşkil ediləcək.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az