Dünya

Braziliyada mikroavtobus və yük maşını toqquşdu: Azı 22 nəfər öldü - FOTO - VİDEO

19 Aug 2026, 15:36 1 baxış
Braziliyada mikroavtobus və yük maşını toqquşdu: Azı 22 nəfər öldü - FOTO - VİDEO
Braziliyanın cənubunda yerləşən Parana ştatında mikroavtobusla yük maşınının toqquşması nəticəsində azı 22 nəfər həyatını itirib, daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Oxu.Az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Ölən şəxslərin əksəriyyəti mikroavtobusun sərnişinləri olub. Eyni zamanda, yük maşınının sürücüsü də hadisə yerində dünyasını dəyişib. Yaralananların hamısı yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb. Hazırda ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb və gediş-gəlişin nə vaxt bərpa ediləcəyi məlum deyil. Ərazidə xilasetmə qrupları, yanğınsöndürmə briqadaları və həkimlər işləyir. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər