İqtisadiyyat

Dünya bazarlarında neft ardıcıl dörd gündür bahalaşır

19 Aug 2026, 13:24 2 baxış
Dünya bazarlarında neft ardıcıl dörd gündür bahalaşır
Qlobal bazarlarda neft ardıcıl olaraq dördüncü sessiyadır ki, bahalaşmaqda davam edir. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.44 dollar (0.48%) artaraq bir barel üçün 91.46 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 0.15 dollar (0.17%) bahalaşaraq bir barel üçün 91.02 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.48 dollar (0.57%) bahalaşaraq bir barel üçün 85.42 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 0.44 dollar (0.52%) artaraq bir barel üçün 84.94 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər