Cəmiyyət

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

19 Aug 2026, 13:00 27 baxış
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Prezideni İlham Əliyev Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinin azyaşlı sakini Gülərin arzusunu reallaşdırıb.


Axar.az xəbər verir ki, bu barədə AzTV süjet hazırlayıb.


Belə ki, bu günlərdə Prezident tərəfindən Gülərin ailəsinə traktor hədiyyə olunub.


Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi.


Mənbə axar.az

Oxşar Xəbərlər