İqtisadiyyat
Dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər azalıb
2026-cı ilin ilk yarısında dövlət büdcəsindən səhiyyə sahəsinə 591.6 milyon manat xərclənib. Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səhiyyə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 201 milyon manat və ya 25.4 faiz azalıb. Hesabat dövründə təhsil xərcləri 2 milyard 400.1 milyon manat təşkil edib və 9.2 faiz artıb. Sosial müdafiə və sosial təminat xərcləri isə 2 milyard 359.8 milyon manat olmaqla 7.4 faiz artıb.
Mənbə
oxu.az