Digər

Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib

18 Aug 2026, 15:50 2 baxış
Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib
Avqustun 17-də Heydər Əliyev adına İstirahət parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyəti (RİH), Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı və "Space TV"nin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib.

Tədbirdə Xətai RİH-in başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xalq artisti Valeh Kərimov, "Space TV"nin baş direktoru Ayaz Mustafayev və rayon sakinləri iştirak ediblər. Görüşdə Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm xidmətləri olan Afaq Bəşirqızının zəngin yaradıcılıq fəaliyyəti və sənət yolu barədə söhbət aparılıb. Xalq artistinin çoxillik səhnə fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələr və tamaşaçı sevgisi xüsusi vurğulanıb. Səmimi şəraitdə keçən görüş zamanı Afaq Bəşirqızı yaradıcılıq fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, sənət yolu və səhnə fəaliyyəti barədə danışıb, rayon sakinlərinin suallarını cavablandırıb. Tədbirin musiqili qonaqları əməkdar artist Amil Həsənoğlu, Şölə Səfərəliyeva, gənc müğənni Rəsul Əfəndiyev olublar. İfaçıların təqdim etdiyi musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və görüşə xüsusi rəng qatıb. Çıxışlar zamanı Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında tanınmış sənətkarların xidmətləri qeyd olunub, bu cür mədəni tədbirlərin rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyəti vurğulanıb. Görüş iştirakçıların böyük marağı ilə qarşılanıb və xoş təəssüratla yadda qalıb.
{{gallery}}
Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib
Mənbə oxu.az

Oxşar Xəbərlər