Digər

Rusiyanın 6 PUA idarəetmə məntəqəsi vuruldu

18 Aug 2026, 15:32 3 baxış
Rusiyanın 6 PUA idarəetmə məntəqəsi vuruldu

Ukrayna Silahlı Qüvvələri avqustun 17-də və 18-nə keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.


Bildirilib ki, vurulan hədəflər pilotsuz uçuş aparatları (PUA) idarəetmə məntəqələri və sursat anbarıdır.


Bundan başqa, Donetsk vilayətinin Karlovka ərazisindəki sursat anbarı da vurulub.


Eyni zamanda, Ukrayna hərbçiləri ölkənin Zaporojye və Donetsk vilayətlərində, eləcə də Rusiyanın Belqorod vilayətində Rusiya ordusuna məxsus 6 PUA idarəetmə məntəqəsini vurublar.

Mənbə axar.az

Oxşar Xəbərlər