İqtisadiyyat
Azərbaycanın dövlət borcu nə qədər olub?
2026-cı il iyulun 1-nə Azərbaycanın dövlət borcunun ümumi məbləği 23 milyard 830.6 milyon manat ekvivalentində olub. Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət borcunun ümumi daxili məhsula nisbəti 18.7 faiz təşkil edib. Ümumi dövlət borcunun 7 milyard 848,6 milyon manatı və ya 32.9 faizi xarici dövlət borcunun, 15 milyard 982 milyon manatı və ya 67.1 faizi daxili dövlət borcunun payına düşüb. İlin əvvəlindən xarici dövlət borcu 0.3 faiz bəndi azalaraq ümumi daxili məhsulun 6 faizini, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0.3 faiz bəndi azalaraq 12.2 faizini təşkil edib.
Mənbə
oxu.az