İqtisadiyyat

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Aug 2026, 19:58 1 baxış
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsul ixrac edilib.


Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.


Məlumata görə, hesabat dövründə Ermənistana həyata keçirilən ixrac Azərbaycanın ümumi ixracının 0,09 faizini təşkil edib.


Bildirilib ki, Azərbaycan cari ilin mart ayında ilk dəfə Ermənistandan məhsul idxal edib. Həmin ay Ermənistandan Azərbaycana 960 dollar dəyərində məhsul gətirilib.


İyul ayında isə Ermənistandan Azərbaycana məhsul idxalı qeydə alınmayıb.


Beləliklə, ilin ilk yeddi ayında Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsində əsas göstərici Azərbaycanın Ermənistana həyata keçirdiyi 17,37 milyon dollarlıq ixrac olub.

Mənbə axar.az

Oxşar Xəbərlər