Dünya
Etna vulkanında bədbəxt hadisə: ABŞ vətəndaşı həyatını itirib
İtaliyada yerləşən Etna vulkanında ildırım vurması nəticəsində ABŞ-dən olan turist həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Il Sole 24 Ore" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, 30 yaşlı ABŞ vətəndaşı Etna dağında ildırım çaxması nəticəsində vəfat edib. Bədbəxt hadisə avqustun 16-da qeydə alınıb. İlkin ehtimallara görə, turist vulkanın giriş qadağan edilən ərazisində olub. Şəxsi ildırım vurduqdan az sonra əraziyə xilasetmə helikopteri göndərilib. Zərərçəkmiş ağır vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə
oxu.az