Dünya

İndoneziyada zəlzələ qurbanlarının sayı 50-ni keçdi

17 Aug 2026, 13:08 2 baxış
İndoneziyada zəlzələ qurbanlarının sayı 50-ni keçdi
İndoneziyanın cənub-şərq hissəsində qeydə alınan 7.7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 53 nəfərə yüksəlib, daha 137 nəfər isə yaralanıb. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Tempo" portalı ölkənin Təbii Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyinə istinadən xəbər yayıb. Agentliyin fövqəladə hallar üzrə məlumat, informasiya və rabitə mərkəzinin rəis əvəzi Berton Pancaitanın bildirdiyinə görə, təbii fəlakət nəticəsində 2 400 ev zədələnib ki, onların da 1 500-nə ciddi ziyan dəyib. Təxliyə məntəqələrinə 5 488 insan yerləşdirilib, 171 nəfər isə müstəqil şəkildə təhlükəsiz əraziyə keçib. Qurum rəsmisi əlavə edib ki, avqustun 15-də Şərqi Nusa-Tenqara əyalətində baş verən yeraltı təkanlar nəticəsində 87 təhsil müəssisəsi, 50 dini obyekt, 76 dövlət idarəsi və bir sıra digər ictimai binalar zərər görüb. İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyinin rəhbəri Teuku Faysal Fataninin sözlərinə görə, əsas zəlzələdən sonra 1500-dən çox afterşok qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər