Dünya

Avropa İttifaqı Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyi hədəfləyir

17 Aug 2026, 10:28 2 baxış
Avropa İttifaqı Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyi hədəfləyir
Avropa İttifaqı (Aİ) bu payızdan etibarən Rusiyaya qarşı sanksiya təzyiqini ciddi şəkildə artırmağı nəzərdə tutur. Oxu.Az xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas Almaniyanın "Die Welt" nəşrinə verdiyi müsahibədə bildirib. Kallasın sözlərinə görə, Rusiyanın indiyə qədər "ağır haqq" ödəməsinə baxmayaraq, hazırlanacaq yeni məhdudiyyətlər paketi 2022-ci ildən bu yana ən genişmiqyaslı addım olacaq. "Əgər qəbul edilərsə, sanksiyaya məruz qalan Rusiya vətəndaşlarının, şirkətlərinin və təşkilatlarının sayı birdən-birə üçdəbir nisbətində artacaq. Təzyiqlərin gücləndirilməsi vacibdir", - deyə o qeyd edib. Bununla belə, Kallas nəzərdə tutulan məhdudiyyətlərin mahiyyətini açıqlamayıb. Diplomat əlavə edib ki, mərhum senator Lindsi Qrem tərəfindən irəli sürülmüş Rusiyaya qarşı sanksiyalar haqqında qanunun ABŞ Senatında qəbul olunması Avropa ilə Birləşmiş Ştatların yaxınlaşacağına ümid verir. Kallas həmin müsahibədə diplomatik qərarlar səviyyəsi də daxil olmaqla, "Avropanın maraqları naminə Aİ alətlərini daha yaxşı əlaqələndirməyə" çağırış edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər