Digər

ABŞ-ın bu addımı Rusiyaya üstünlük verir - Bolton

16 Aug 2026, 17:05 2 baxış
ABŞ-ın bu addımı Rusiyaya üstünlük verir - Bolton

Vaşinqtonun İranla münaqişəyə fokuslanması Moskvaya Kiyevlə qarşıdurmada strateji üstünlük verir.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.


“Prezident Vladimir Zelenskinin iddia etdiyi kimi, Ukraynanın tutucu raketlərə ehtiyacı olduğu müddətdə, bu diqqətsizlik Rusiyaya üstünlük verə bilər. Ukrayna rəhbərliyi silah və hava hücumundan müdafiə raketləri tapmasa, özlərini çətinliyə salacaqlarından narahatdırlar. Bu məqamda diqqət çatışmazlığı səbəbindən əlverişsiz vəziyyətdə olan Putin deyil. Bir sıra səbəblərə görə, uduzan Kiyevdir”, - Bolton bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər