Dünya

Ukrayna Rusiyanın raket yanacağı istehsalı zavodunu vurub

16 Aug 2026, 15:32 3 baxış
Ukrayna Rusiyanın raket yanacağı istehsalı zavodunu vurub
Ukrayna Müdafiə Qüvvələri avqustun 16-na keçən gecə Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən "Kamenski Kombinat" müəssisəsinə zərbə endirib. Oxu.Az bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalına istinadən xəbər verir. Obyektin ərazisində yanğın qeydə alınıb, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. Qeyd edək ki, həmin kombinat Rusiya müdafiə-sənaye kompleksinin müəssisəsi olub, "Uraqan", "Smerç" və "Tornado-S" reaktiv yaylım atəşi sistemlərinin sursatları, eləcə də bir sıra raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər