Digər

İsrail Hizbullahın yüksək rütbəli komandirini məhv etdi

16 Aug 2026, 15:11 2 baxış
İsrail Hizbullahın yüksək rütbəli komandirini məhv etdi

İsrail ordusu Hizbullahın "Bədr" bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Əlaanı öldürüb.


Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.


“İsrail Müdafiə Qüvvələri təhlükəsizlik zonasında israilli əsgərlərə qarşı Hizbullahın fəaliyyəti ilə əlaqədar olaraq "Bədr" bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Əlaanı zərərsizləşdirib", - məlumatda qeyd olunub.


Bildirilib ki, öldürülən şəxs təhlükəsizlik zonasında xidmət aparan İsrail hərbçilərinə qarşı çoxsaylı hücumların təşkilində iştirak edib.


Bundan başqa, Əlaa son illərdə Hizbullahın İsrail hərbçiləri və mülki şəxslərinə qarşı fəaliyyət göstərən bir neçə döyüş bölməsinə rəhbərlik edib.

Mənbə axar.az

Oxşar Xəbərlər