Dünya

Almaniyanın Belçika ilə sərhəddəki şəhəri təxliyəyə hazırlaşır

16 Aug 2026, 15:00 3 baxış
Almaniyanın Belçika ilə sərhəddəki şəhəri təxliyəyə hazırlaşır
Belçikanın "Qoes-Fenn" təbiət qoruğunda baş verən irimiqyaslı yanğın səbəbindən Almaniyanın Şimali Reyn-Vestfaliya torpağında yerləşən Monşau şəhərinin rəhbərliyi sakinlərdən ehtimal olunan təxliyəyə hazırlaşmağı xahiş edir. Oxu.Az bu barədə "Die Welt" nəşrinə istinadən xəbər verir. Qeyd olunub ki, Plattevenn və Leylox yaşayış məntəqələrinin, eləcə də Kalterqerberq mikrorayonunun bir hissəsinin sakinlərinə "Qoes-Fenn"dəki yanğından qaynaqlanan tüstü və yağıntıların sağlamlıq üçün yarada biləcəyi risklər səbəbindən evlərini müvəqqəti tərk etmək tövsiyə olunur. Monşau yerli hökumət orqanlarının məlumatına görə, Belçikadakı meşə yanğınının alovları hazırda Almaniya sərhədindən cəmi üç kilometr məsafədədir. Qeyd olunur ki, yanğınsöndürmə xidməti tam hazır vəziyyətdədir və təhlükə altında olan ərazini daim nəzarətdə saxlayır. Xilasedicilər yanğının Almaniya ərazisinə keçəcəyi təqdirdə əməliyyata dərhal başlamaq üçün söndürmə işlərinə hazırlaşırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər