Dünya
SAXAL "Hizbullah"ın yüksəkrütbəli komandirini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu (SAXAL) ötən gün Livanın cənubunda İsrail əsgərlərinə edilən hücuma cavab olaraq "Hizbullah" hərəkatının "Bədr" bölməsinin yüksəkrütbəli komandiri Əbu Həsən Alaaninin öldürüldüyünü bəyan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun bəyanatında bildirilir. Hərbçilərin məlumatına görə, zərərsizləşdirilən şəxs öz fəaliyyəti çərçivəsində təhlükəsizlik zonasında fəaliyyət göstərən SAXAL əsgərlərinə qarşı çoxsaylı hücumların, o cümlədən Livanın cənubundakı əsgərlər istiqamətinə partlayıcı maddə ilə yüklənmiş dronların buraxılmasının təşkilində iştirak edib.
Mənbə
oxu.az