Dünya
İndoneziyada zəlzələ qurbanlarının sayı artmaqdadır
İndoneziyada baş verən 7.7 bal gücündə zəlzələ nəti̇cəsi̇ndə azı 47 nəfər həlak olub. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentlik (BNPB) məlumat yayıb. Daha əvvəl qurum 38 nəfərin həlak olduğunu bildirmişdi. İki minə yaxın insan təxliyə olunub. Bundan başqa, sakinlərin zəlzələdən zərər çəkmiş ərazilərdəki bir neçə binada köməksiz vəziyyətdə qaldığı bildirilib. Bir sıra yolları bağlayan torpaq sürüşmələri barədə xəbərlər daxil olur. Xatırladaq ki, avqustun 15-nə keçən gecə İndoneziyanın Flores adasında 7.7 bal gücündə zəlzələ səbəbindən üç əyalətdə sunami təhlükəsi elan edilib. Yeraltı təkanlar yaşayış evlərinin, məktəblərin, dövlət müəssisələrinin və xəstəxanaların dağılmasına səbəb olub.
Mənbə
oxu.az