Dünya

Talibandan ABŞ-yə gözlənilməz ÇAĞIRIŞ: "Əfqanıstana qayıdın"

16 Aug 2026, 05:31 2 baxış
Talibandan ABŞ-yə gözlənilməz ÇAĞIRIŞ: "Əfqanıstana qayıdın"
Taliban hərəkatı ABŞ-ni Əfqanıstanda diplomatik mövcudluğunu bərpa etməyə və ölkə iqtisadiyyatına investisiya qoymağa çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi "The New York Times" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Vaşinqton Kabildəki səfirliyini yenidən aça, diplomatik mövcudluğunu bərpa edə və faydalı qazıntıların hasilatına, bəndlərin və yolların tikintisinə vəsait yatıra bilər. "Biz hesab edirik ki, müharibə səhifəsi başa çatıb və bundan sonra qarşılıqlı hörmətə əsaslanan münasibətlərin və müsbət qarşılıqlı əlaqələrin yeni səhifəsini açmaq istəyirik", - deyə Muttəqi bildirib. Bununla belə, nazir vurğulayıb ki, Əfqanıstan hakimiyyəti ölkədə Amerika hərbi mövcudluğunun bərpa olunmasını istəmir. ABŞ Silahlı Qüvvələri 31 avqust 2021-ci ildə Əfqanıstandan tamamilə çıxıb və bununla da ölkədə 20 illik hərbi mövcudluğunu başa çatdırıb. ABŞ-nin Kabildəki səfirliyi 15 avqust 2021-ci ildə Taliban hərəkatının hücumu fonunda amerikalı diplomatların təcili təxliyəsi başlayarkən fəaliyyətini dayandırıb. Diplomatik missiya müvəqqəti olaraq Qətərin paytaxtı Dohaya köçürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər