Dünya

Avropanın mikroölkəsində TARİXİ DƏYİŞİKLİK: Qadınlar taxta çıxa biləcəklər

16 Aug 2026, 03:31 3 baxış
Avropanın mikroölkəsində TARİXİ DƏYİŞİKLİK: Qadınlar taxta çıxa biləcəklər
Avstriya və İsveçrə arasında yerləşən Avropanın mikroölkəsi Lixtenşteyn qadınlara taxt-tacı miras almağa icazə vermək üçün qanunlarını dəyişir. Oxu.Az "AP News"a istinadən xəbər verir ki, bu barədə ölkənin Knyazlıq Evinin bəyanatında bildirilib. Vəliəhd Aloiz Lixtenşteynin Milli Günü münasibətilə çıxışında dəyişiklikləri elan edib. Onun sözlərinə görə, yeni qaydalar bu məsələlərdə səsvermə hüququ olan knyazlıq ailəsi üzvlərinin üçdə ikisi tərəfindən təsdiqlənib. "Bu o deməkdir ki, gələcəkdə cinsindən asılı olmayaraq, ilk uşaq taxt-tacın varisi və daha sonra Lixtenşteynin knyaginyası və ya knyazı olacaq", - deyə Aloiz bildirib. Bununla yanaşı, qeyd olunur ki, qaydaların dəyişdirilməsi artıq müəyyən edilmiş taxt-tac varisləri arasında varislik sırasına təsir göstərməyəcək. Hazırda Lixtenşteynin formal hökmdarı knyaz II Hans-Adamdır. Lakin o, hələ 2004-cü ildə səlahiyyətlərinin böyük hissəsini hazırda 58 yaşı olan böyük oğlu Aloizə verib. Aloizin dörd övladından ən böyüyü 31 yaşlı knyaz Yozef Venseldir. Nəşrin məlumatına görə, Lixtenşteyn 40 min əhalisi olan, həyat səviyyəsinin çox yüksək olduğu və ənənəvi monarxiya sisteminə malik mikroölkədir. Hakim knyaz referendumun nəticələrinə veto qoymaq, hakimləri təyin etmək və hökuməti buraxmaq hüququna malikdir. Ölkə qonşuları ilə müqayisədə mühafizəkarlığı ilə seçilir. Məsələn, Lixtenşteyn Avropa ölkələri arasında qadınlara milli seçkilərdə səsvermə hüququnu ən son verən ölkə olub. Bu, yalnız 1984-cü ildə baş verib. Yalnız ötən il isə Lixtenşteyn hökumətinə ilk dəfə qadın rəhbərlik edib.
Avropanın mikroölkəsində TARİXİ DƏYİŞİKLİK: Qadınlar taxta çıxa biləcəklər
Mənbə oxu.az

Oxşar Xəbərlər