Dünya

Oman sahillərində ekoloji təhlükə: Nəhəng neft ləkəsi açıq dənizə doğru hərəkət edir

15 Aug 2026, 23:48 3 baxış
Oman sahillərində ekoloji təhlükə: Nəhəng neft ləkəsi açıq dənizə doğru hərəkət edir
Omanın Ras-Madraka burnu ərazisində "Caroline Bezengi" tankerindən neft sızması nəticəsində çirklənən sahil xəttinin uzunluğu təxminən 12 km təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə Oman Sultanlığının Ətraf Mühitin Mühafizəsi İdarəsi məlumat yayıb. "Son sahə məlumatları göstərir ki, Ras-Madraka ərazisində çirklənmədən təsirlənən çimərliklərin uzunluğu təxminən 12 km təşkil edir. Hazırda ərazidə nəticələrin aradan qaldırılması üzrə işlər aparılır", - deyə idarənin açıqlamasında bildirilib. "Dənizdəki neft ləkəsinə gəlincə, monitorinqin yenilənmiş məlumatları göstərir ki, o, Masirah adasının cənub-şərqinə doğru, açıq dəniz istiqamətində hərəkət etməyə davam edir", - deyə idarədən əlavə edilib. Bildirilib ki, mütəxəssislər hava və dəniz şəraitini nəzərə alaraq ləkənin hərəkətini izləməyə davam edirlər. Avqustun 12-də Oman Ətraf Mühitin Mühafizəsi İdarəsi saya oturan "Caroline Bezengi" tankerindən sızma nəticəsində yaranan neft ləkəsinin ölkə sahillərinə çatdığını açıqlamışdı. Mütəxəssislərin proqnozlarına görə, Ras-Madraka burnu ərazisində çirklənmiş sahil xəttinin uzunluğu 40 km-ə çata bilərdi. Daha əvvəl akvatoriyada neft ləkəsinin sahəsi 390 kvadrat kilometr qiymətləndirilirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər