Cəmiyyət

Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO

13 Aug 2026, 17:20 1 baxış
Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək. Şamil Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində "Menecment" ixtisası üzrə ali təhsil alıb. O, əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayıb, 2019-cu ildən isə DOST Agentliyində fəaliyyət göstərir. Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər