Digər
Rusiyada daha bir neft emalı zavodu vuruldu - Video
Rusiyanın Başqırdıstan Respublikasına PUA hücumu edilib.
Axar.az xəbər verir ki, bu barədə Başqırdıstan rəhbəri Radiy Xabirov məlumat verib.
Məlumata görə, Salavat şəhərindəki “Qazprom netfexim” neft emalı zavodu hücuma məruz qalıb.
Zərbələr nəticəsində zavodun ərazisində yanğın baş verib.
Bütün Başqırdıstan ərazisində PUA təhlükəsi elan edilib.
Mənbə
axar.az