Digər

ABŞ və İran atəşkəsin uzadılmasına razılaşdı - KİV

12 Aug 2026, 14:58 1 baxış
ABŞ və İran atəşkəsin uzadılmasına razılaşdı - KİV

Bu gün ABŞ və İran İslamabad Sazişi çərçivəsində 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəliblər.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi İslamabaddakı mənbəyə istinadla məlumat verib.


Məlumata görə, 17 avqustda başa çatacaq atəşkəsin İslamabad Sazişi çərçivəsində uzadılması ilə bağlı tərəflər prinsipial razılığa gəliblər:


“ABŞ və İran atəşkəsin uzadılması məsələsində vasitəçinin təklifini qəbul ediblər. Lakin uzadılmanın müddəti hələ müəyyənləşdirilməyib və bununla bağlı danışıqlar davam edir”.

Mənbə axar.az

Oxşar Xəbərlər