Cəmiyyət
Tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək.
Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamda qeyd olunub.
Sərəncama əsasən, yataqxananın tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılıb.
Mənbə
axar.az