İqtisadiyyat
Azərbaycanda ən çox bahalaşan məhsullar məlum oldu
2026-cı ilin iyun ayında cəmi məhsul və xidmətlər üzrə istehlakçı qiymətləri indeksi illik əsasda 5.8% artıb. Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir. Qiymətləri dövlət tərəfindən tənzimlənən, həmçinin mövsümi xarakter daşıyan məhsul və xidmətlərin qiymət dəyişmələri nəzərə alınmadan hesablanan baza inflyasiya 2026-cı ilin iyun ayında illik 5.5% təşkil edib. İyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik inflyasiya 7.1% olub. Ötən ilin müvafiq dövrünə nəzərən ərzaq qiymətlərinin inflyasiyaya töhfəsi artaraq 3.1% təşkil edib. Qida məhsulları üzrə inflyasiya, əsasən, süd və süd məhsulları, meyvələr üzrə olub. Bu məhsulların da qiymətində illik artım müvafiq olaraq 9.5% və 10.7% təşkil edib. Qeyri-qida məhsullarının qiyməti illik ifadədə 3.8% yüksəlib. Bu məhsullar arasında isə ən yüksək qiymət artımı illik 21.7%-lə zərgərlik mallarında qeydə alınıb.
Mənbə
oxu.az