İqtisadiyyat
Kirayə haqlarında artım qeydə alınıb
2026-cı ilin iyun ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.4% artıb. Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir. Qeyd olunur ki, aylıq əsasda isə 0.3% artım qeydə alınıb. Dövlət Statikstika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin II rübündə mənzil bazarında qiymət ötən ilin müvafiq dövrünə nəzərən 8.6% artıb. İlkin mənzil bazarında qiymət artımı bu dövrdə 12.4%, təkrar mənzil bazarında isə 8.6% yüksəlib.
Mənbə
oxu.az