Cəmiyyət

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

12 Aug 2026, 01:05 18 baxış
Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur.


Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.


“Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər