Cəmiyyət
Əhali "yoxa çıxır": Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir? - VİDEO
Təbiəti və havası ilə gözoxşayan İsmayıllı rayonunun Tubukənd kəndinin sakinləri bir sıra problemlərdən şikayətçidirlər. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Kənddə əsasən 1990-cı illərdən etibarən Qarabağ bölgəsindən gələn vətəndaşlar məskunlaşıblar. Sakinlərin sözlərinə görə, məskunlaşdıqları dövrdən bu günədək kənddə nə yol, nə qaz, nə də su təminatı olub. Çətin şəraitdə yaşadıqlarını deyən kənd sakinləri qış mövsümündə isinmək üçün meşədən rəsmi icazə ilə odun tədarük etmək məcburiyyətində qalırlar. Problemlərlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, hələ ki heç bir nəticə əldə olunmayıb. "Suyumuz çox çətinliklə gəlir, yolumuz isə demək olar ki, yoxdur. Bir xəstəmiz olsa, vaxtında xəstəxanaya çatdıra bilmirik, yollarda əziyyət çəkirik. Kənddə qaz xətti isə ümumiyyətlə, yoxdur", - vətəndaşlardan biri söyləyib.

Mənbə
oxu.az