Cəmiyyət
Paytaxtın iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar Bakının iki küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində hərəkət avqustun 12-si saat 08:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində isə saat 11:00-dan etibarən məhdudlaşdırılacaq. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri, ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və yarana biləcək narahatlığa anlayışla yanaşmaları xahiş olunur.
Mənbə
oxu.az